Xəbərdarlıq: 2025-ci ilədək dünyada insanların 50 faizi iş yerini itirə bilər 25 Oktyabr 2018 16:16 Dünya Süni zəkanın inkişafı nəticəsində 2025-ci ilədək dünyada insanların 50 faizi iş yerini itirə bilər. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bunu Ümumdünya Əqli Mülkiyyət Təşkilatının proqram rəhbəri Yevgeniy Sesitski VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən plenar sessiyada çıxışı zamanı deyib. Y.Sesitski deyib ki, quruma üzv olan 160 ölkə arasında ABŞ və Çin elmi ixtiralara görə daha çox vəsait sərf edir. Rəqəmsal texnologiyaların ölkələrin yeni istiqamətlər yaratdığını deyən proqram rəhbəri əlavə edib ki, nanotexnologiya, süni zəka son zamanlar çox populyar sahəyə çevrilib: "Ancaq alimlər xəbərdarlıq edirlər ki, süni zəkanın inkişafı ilə bağlı bir çox problemlər ola bilər. Süni zəkanın inkişafı nəticəsində 2025-ci ilədək dünyada insanların 50 faizi iş yerini itirə bilər. Ona görə yeni istiqamətlərə yaradıcı baxmaq lazımdır". Teqlər : #Xəbərdarlıq:,#2025ci,#ilədək,#dünyada,#insanların,#faizi,#iş,#yerini,#itirə,#bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 7 mindən çox əcnəbi zəvvar Şələmçə sərhəddini keçərək Ərbəin ziyarətinə gedib İordaniyada daşqınlar nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO