Xəstəlik 395 milyondan çox insanı 'ifrat yoxsulluq həddinə' sürükləyə bilər

Xəstəlik 395 milyondan çox insanı 'ifrat yoxsulluq həddinə' sürükləyə bilər

"Covid-19" virusunun qlobal miqyasda yaratdığı mənfi iqtisadi durum 395 milyondan çox insanı "ifrat yoxsulluq həddinə" sürükləyə biləcəyi bildirilib.

 
Maide.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya İqtisadi Tədqiqatlarının İnkişafı İnstitutu (UNU-WIDER) "Etibarsızlıq və Epidemiya: inkişaf etməkdə olan ölkələrdə Covid-19 və yoxsulluq təsiri, intensivlik və çətinlik" adlı hesabat yayımlayıb.
 
Hesabatda gündəlik 1,90 dollardan az gəlirə sahib insan sayının "Covid-19" böhranı nəticəsində dünyada 395 milyon artacağını və bununlada ümumilikdə 1.12 milyarda yüksələ biləcəyi proqnozlaşdırılır.
 
Hesabatda gündəlik 5.50 dollardan aşağı gəlirə sahib insanların sayı nəzərə alındıqda isə, dünya əhalisinin yarısını aşaraq kasıb insanların sayının 3,7 milyarda çata biləcəyi vurğulanıb.
 
Məruzədə qlobal yoxsulluğun coğrafi bölgüsündə də dəyişiklik olacağına və ifrat kasıbların sayının artmasının Şərqi və Cənubi Asiyada inkişaf etməkdə olan ölkələrə keçəcəyi bildirilib.

Google+ WhatsApp ok.ru