Xalid Məşəldən müsəlmanlara qiyam çağırışı 17 Oktyabr 2014 01:00 Dünya Fələstin İslami müqavimət hərəkəti HƏMAS-ın siyasi qanadının rəhbəri Məscidul Əqsanı müdafiə etmək üçün müsəlmanlara çağırış edib. Maide.az-ın xəbərinə görə, Qətərdə olan Xalid Məşəl açıqlamasında, "İslam ümmətindən müsəlmanların ilk qibləsi və 2000-ci ildə sionist işğalçı düşmənin hücumlarına qarşı reallaşan intifadənin mərkəzi Məscidul Əqsanı müdafiə etmək üçün qiyamını istəyirəm", - deyib. Məşəl son günlərdə sionistlər və xüsusilə radikal xaxamların Məscidul Əqsaya hücumlarını qınayaraq, sionist rejimin ərəblərin bölgə hadisələri və xüsusilə Suriya və İraqda baş verən hadisələrlə məşğul olmalarından sui-istifadə edərək, Əqsa məscidinə müsəllət olmağa çalışdığını söyləyib. HƏMAS rəhbəri Fələstin milləti və İslam ümmətinin sionist İsrailin cinayətlərinə qarşı səssiz qalmayacağını da vurğulayaraq, Məscidul Əqsanın dəstəyə layiq olduğunu, əlinə silah tuta bilən hər şəxsin bu məscidi sionist işğalçıların hücumlarından qoruması lazım olduğunu söyləyib. Teqlər : #Xalid Məşəldən müsəlmanlara qiyam çağırışı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraq xarici işlər naziri: Xarici hərbi baza istəmirik Vəkillər müsəlmanların hüquqlarını pozan qanunların ləğvini tələb edirlər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO