Xarici  ölkələrin diplomatik korpuslarının nümayəndələri Şeyx Sərdarın məhkəməsini izləyir - FOTO/VİDEO - YENİLƏNİB

Xarici ölkələrin diplomatik korpuslarının nümayəndələri Şeyx Sərdarın məhkəməsini izləyir - FOTO/VİDEO - YENİLƏNİB

(FOTO-lar əlavə olunub) 
 
Xəbər verdiyimiz kimi bu gün namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Sərdar Babayev) növbəti məhkəməsi Masallı Rayon Məhkəməsində keçirilir. 
 
Maide.Az xəbər verir ki, məhkəmədə Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik korpuslarının nümayəndələri, o cümlədən ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi iştirak edir.
 
Qeyd edək ki,ötən gün vəkil Cavad Cavadov öz "facebok" səhifəsində yazmışdı ki, Masallı Rayon Məhkəməsində keçiriləcək məhkəməni izləmək üçün ölkədə olan xarici (Qərb) ölkələrinin diplomatik korpusunun nümayəndələri iştirakı gözlənilir.  
 
Xatırladaq ki, Şeyx Sərdarın müdafiəsinə ötən gün daha bir tanınmış vəkil – Elçin Sadıqov qoşulub. Vicdan məhbusu Sərdar Hacıhəsənlinin müdafiəsini indiyədək tanınmış vəkillər Cavad Cavadov, Nemət Kərimli, Osman Kazımov və Yalçın İmanov həyata keçirirdi. 
 
Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu və siyasi məhbus ruhani Sərdar Hacıhəsənli Masallı rayonunda cümə namazı qıldığı üçün rayonun icra başçısı tərəfindən polisə şikayət edilib. Şikayət əsasında ona cinayət işi açılıb və barəsində 37 gün müddətində həbs qəti-imkan tədbiri seçilib. Fevralın 22-də saxlanılan Şeyx Sərdarın həbs müddətinin başa çatmasına az müddət qalmış martın 27-də Masallı Rayon Məhkəməsi onun həbs müddətini aprel ayının 30-dək uzatmış və daha sonra bu müddət daha 20 gün artırılmışdır.
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru