Xorvatiya da Fələstin üçün `HƏ` dedi

Avropa İttifaqı ölkələri Fələstini müstəqil dövlət kimi tanımaqda davam edir. İngiltərə və İrlansiyadan sonra Xorvatiya da belə bir addım atıb. 
 
Maide.az xəbər verir ki, Xorvatiyanın xarici işlər naziri Vesna Pusiç ölkəsinin Fələstinin müstəqilliyini tanıdığını açıqlayıb.
 
Qeyd edək ki, iki gün əvvəl də İrlandiya Parlamentinin üst qanadı olan Senat hökumətə Fələstinin tanınması çağırışı təklifini qəbul etmişdi. 60 üzvlü Senatın 31 üzvünün təklifi və imzasıyla müzakirə edilən təklif partiyalararası dəstək alaraq səsverməyə ehtiyac olmadan qəbul edilib.
 
Averil Power adlı senatorun təqdim etdiyi təklifdə, "Hökumət Fələstini rəsmi olaraq tanımalıdır və hər iki dövlətin vətəndaşlarının sülh və təhlükəsizlik içərisində yaşaya biləcəyi iki dövlətli bir həll yolunun təmin edilməsinə yardımçı olmalıdır", - deyilir.
 
İrlandiya xarici işlər naziri Charlie Flanaganın mövzunu müzakirə etmək üçün gələn ay Senata gəlməsi gözlənilir.
 
Bundan əvvəl isə İngiltərənin baş naziri David Kameron İngiltərə Parlamentinin aşağı qanadında hər həftə keçirilən "Baş nazirə suallar" iclasında parlamentdə qəbul edilən Fələstin təklifi ilə bağlı açıqlamalar verərək bildirmişdi ki, "İngiltərənin Fələstin dövlətini tanıyacağı günü əlbəttə dörd gözlə gözləyirəm. Ancaq bu, iki dövlətli bir həlli təmin edən müzakirələrin bir parçası olmalıdır. Hamımız İsrailin Fələstin dövlətiylə yan-yana yaşadığını görmək istəyirik."
 
İngiltərə Parlamenti Fələstinin dövlət olaraq tanınmasına dair təklifi 12-ə qarşı 274 səslə qəbul etmişdi.
 
Qeyd edək ki, artıq İspaniya parlamenti də belə bir səsvermənin keçiriləcəyini bəyan edib.

Google+ WhatsApp ok.ru