Xırdalanda partlayan binanın qarşısında dava - VİDEO

Uçqun altında qalan iki nəfərin yaxınları ilə xilasedicilər arasında qarşıdurma yaşanıb. 
 
“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, xilasedicilər təhlükəsizlik məqsədilə xilasetmə işlərini bir qədər ləngidib. Bu da uçqun altında qalan şəxslərin yaxınlarının etirazına səbəb olub və tərəflər arasında əlbəyaxa dava baş verib. 
 
Qeyd edək ki, Space telekanalının müxbirinə qarşı da kobudluq edilib. Baş verənləri çəkdiyi üçün o, döyülüb və hadisə yerindən uzaqlaşdırılıb.

Google+ WhatsApp ok.ru