Yəməndəki son hadisələrdə 274 nəfər ölüb

Yəmənin Səhiyyə Nazirliyi ölkədə  baş verən son qarşıdurmalarda ən azı 274 nəfərin öldüyünü açıqlayıb. 
 
Maide.az-ın məlumatına görə, Səhiyyə Nazirliyindən mövzuyla əlaqədar verilən açıqlamada son qarşıdurmalarda ən az 470 nəfərin də yaralandığını bildirilir.
 
Qeyd edək ki, Yəməndə sentyabrın əvvəlində hökumət əleyhinə başlayan xalq hərəkatı getdikcə yayılmış və ordunun güc tətbiqi nəticəsində qarşıdurmalara çevrilmişdi.

Google+ WhatsApp ok.ru