Yəməndə yeni hökumət baş tutmayıb

Baş nazir vəzifəsinə təyin edilmiş Bin Mubarək husilərin etirazı nəticəsində baş nazir kürsüsündən imtina edib

Yəmən prezidenti Abdu-Rabbih Mansur Hadi tərəfindən baş nazir vəzifəsinə təyin edilmiş Bin Mubarək husilərin etirazı nəticəsində baş nazir kürsüsündən imtina edib.

İnterAz-ın "əl-Aləm"ə istinadla verdiyi xəbərə görə, Bin Mubarək yeni baş nazir vəzifəsini qəbul edib sonra isə ondan imtina edib. Yəmən prezidenti Abdu-Rabbih Mansur Hadi yeni baş nazirin seçiləcəyini deyib.

Qeyd edək ki, dünən husilərin lideri Əbdül-Məlik Husi yeni baş nazirin ABŞ səfirliyinin müdaxiləsi və diktəsi ilə seçildiyini demişdi və onu qeyri-məqbul hesab etmişdi. Husi lideri 21 sentyabrda baş verən inqilabın yalnız husilər deyil, bütün yəmənlilər üçün olduğunu deyib.

Bildirək ki, Yəməndə inqilabçı husilərlə hökumət arasında əldə olunmuş siyasi anlaşmaya əsasən, ölkənin bütün ictimai-siyasi qüvvələrini təmsil edən yeni hökumət təşkil edilməlidir. Şərtlər arasında nazirliklərin, vitse-prezidentlərin və prezident müşavirlərinin də yerli ictimai-siyasi qüvvələr arasında bölüşdürülməsi yer alıb./

Google+ WhatsApp ok.ru