Yəməndə terror aktında jurnalist həlak olub

Maide.az xəbər verir ki, Yəmənin cənubi-qərbində yerləşən  Damar  şəhərində husilərin toplantısının keçirildiyi yer partladılıb. Partlayış  nəticəsində 9 nəfər həlak olub. Onların arasında bir jurnalist də var. Onlarla insanın yaralandığı bildirilir.
 
Həlak olan jurnalist Xadid Vaşli  husilərin telekanalında çalışırmış.
 
Terror aktında məsuliyyəti  «Əl-Qaidə» öz üzərinə götürüb.
 
Xatırladaq ki, dekabrın 31-də İb şəhərində terrorçu kamikadze mədəniyyət mərkəzində də terror aktı törətmişdi. Həmin vaxt tələbələr İmam Həsən Əsgərinin şəhadətini qeyd etmək üçün yığışmışdılar. Son məlumatlara görə, terror nəticəsində 30 nəfər həlak olmuş, 50 nəfər yaralanmışdı.
 

Google+ WhatsApp ok.ru