Yəməndə ölənlərin sayı 50 nəfərə çatıb - Yenilənib- FOTO

Yəmənin paytaxtı Səna şəhərində polis akademiyasının qarşısında bu gün səhər baş vermiş partlayışda ölənlərin sayı 50 nəfərə çatıb.

Maide.az-ın məlumatına görə, hadisə nəticəsində yaralananların sayı isə 100 nəfərdir.

ölən və yaralananların sayının artacağı ehtimal olunur. 

***

Yəmənin paytaxtı Səna şəhərində polis akademiiyasının qarşısında bu gün səhər partlayış baş verib.
Maide.az-ın beynəlxalq KİV-lərə istinadən məlumatına görə, partlayış nəticəsində  15 nəfər ölüb,  40 nəfər yaralanıb.
Partlayış bu gün səhər yerli vaxtla saat 06:53 də baş verib.
Məlumata görə, ölən və yaralananlar polis akademiyasına qəbul üçün müraciət etmiş şəxslərdir.  Partlayıcı qurğu yolun kənarında saxlanılmış avtomobildə quraşdırıldığı bildirilir. Hadisə şahidlərinin dediyinə görə, partlayışdan sonra atəş səsləri də eşidilib . /


 
 

Google+ WhatsApp ok.ru