Hizbullahın sədr müavini: `Təkfirçilər şiə və sünni arasında fitnə alovunu qızışdırır`

Hizbullahın İdarə Heyətinin sədr müavini Nəbil Kavuk Livanda xalq, ordu və müqavimətdən ibarət üçlü ittifaqın İŞİD-in davamı olan təkfirçilərə və İraq və Suriyada bağlantıları görünən Nusra cəbhəsinə qarşı ölkəni qorumaq vəzifəsini yerinə yetirdiyini bildirib.
 
Maide.az xəbər verir ki, Kavuk təkfirçilərin hədəfinin yalnız şiələr deyil, Somalidə, Liviyada, Tunisdə, Misirdə, İraqda, Pakistanda, Əfqanıstanda və Yəməndə sünniləri də hədəf aldıqlarını bildirərək, "Təkfirçilər qətiyyən əhli-sünnəni təmsil etmirlər. Şiə və sünniləri eyni dərəcədə hədəf alan bu adamlar, ümmətin içərisində fitnə alovunu qızışdırırlar", - deyib.
 
Təkfirçilərin Livanı tərk etmədiklərini və tərk etməyəcəklərini deyən Kavuk, "Bütün uğursuzluqlarına baxmayaraq, regionda xaos yaratmağa çalışırlar. Çünki özlərinə etibarlı bir liman axtarırlar. Livan da buna görə hədəfdədir" söyləyib.

Google+ WhatsApp ok.ru