Yəməndə ümumi səfərbərlik

Yəmən İnqilab Komitəsi bu ölkədə terrorçularla mübarizə üçün ümumi səfərbərlik elan edib.
Maide.az Əl-Məyadin-ə istinadən məlumat verir ki, Yəmən Ali İnqilab Komitəsi bu ölkənin Ali Təhlükəsizlik Komitəsi ilə birgə iclas keçirib və iclasda dünən Sənada baş vermiş hadisələr və xalq komitələri çətiri altında hərbi kazarmalara və dövlət müəssisələrinə olmuş hücumlar araşdırılıb.
İclasdan sonra Yəmən Ali İnqilab Komitəsi bəyanat yayaraq,  ölkədə hərbi vəziyyət elan edib. "Yəməndəki mövcud təhlükəsizlik vəziyyətinin həssaslığına və Yəmənə qarşı xarici fitnələr qarşısında tam agahlığın zərurəti və terror qruplarının cinayətləri qarşısında vətəndaşların mühafizəsinə rəğmən, komitə Yəməndə ümumi səfərbərlik elan edir və iki hərbi və təhlükəsizlik müəssisələrindən istəyir ki, bu çirkin savaş önündə Yəmən xalqı qarşısına öz vəzifələrinə əməl etsinlər.",-deyə yayımlanmış bəyanatda bildirilir./
 

Google+ WhatsApp ok.ru