Yəmənin Ənsarullah Hərəkatı cənuba doğru irəliləyir

Yəmənin  Ənsarullah Hərəkatı Təəz şəhərinə nəzarəti ələ aldıqdan sonra  Ləhəc vilayətinə doğru irəliləməyə başlayıb.
Maide.az xəbər verir ki, Yəmənin Ənsarullah Hərəkatı və xalq qüvvələri ötən gün səhər bu ölkənin 3-cü böyük şəhəri Təəzi ələ keçirdikdən sonra bu gün  Ədən vilayətinin şimalında yerləşən Ləhəc vilayətinə doğru irəliləməyə başlayıblar.
Məlumata əsasən, Əl-Bəyza vilayətində Ənsarullah Hərəkatı qüvvələri ilə Əl-Qaidə terrorçuları arasındakı bugünkü toqquşmalarda Ənsarullahın 20 qüvvəsi həlak olub, 5 Əl-Qaidə terrorçusu da öldürülüb. 
Digər tərəfdən, Yəmənin istefa vermiş və Ədənə qaçmış prezidenti Əbd Rəbbə Mənsur Hadi Ərəbistanın başçılıq etdiyi Fars Körfəzi Əməkdaşlıq Şurasının hərbi orqanı olan Ada Sipəri qüvvələrinin Yəmənə müdaxilə etmələrini istəyib. 
Ötən gün Ada Sipəri qüvvələrinin hərbi helikopterləri Ədən səmasında uçuşlar edib. Onlar Ədəndə Prezident Sarayının hava təhlükəsizliyini təmin edirlər. 
Mənsur Hadi həmçinin BMT və Təhlükəsizlik Şurasından husilərin Ədənə hücum etməmələrinə görə, Yəmənin səmasını uçuşa qadağa zonası elan etməsini istəyib. 
Yəmənin istefa vermiş prezidenti Mənsur Hadi son vaxtlar ərəb ölkələri, o cümlədən Ərəbistanın köməyi ilə Ədənə qaçıb və orada müstəqil hökumət elan edib. 
Mənsur Hadi Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ərəb ölkələrinin vədi iliə Yəmənin cənub hissəsində dövlət təşkil etmək və paytaxt Sənaya nəzarət edən Ənsarullah xalq hərəkatı ilə qarşılaşmaq niyyətindədir./
 

Google+ WhatsApp ok.ru