Yunanıstanda ifratçı qrup tərəfdarları radio stansiyanı ələ keçirib

Yunanıstanda "Alov Özəyi" adlı ifratçı qrupun tərəfdarları "Kuki Noy" radiosunun qərargahını ələ keçirib və ölkənin solçu koalisiya hökumətinə qarşı proqram yayımlayıblar. 
Maide.az xəbər verir ki, başçılarından bir neçəsi Yunanıstanda terror fəaliyyətlərində ittiham olunaraq həbsə atılan "Alov Özəyi"  qrupunun tərəfdarları radio vasitəsi ilə məhbusların azadlığa buraxılmalarını tələb ediblər.
Radionu ələ keçirmiş şəxslər canlı verilişlər yayımlayır və Yunanıstanın solçu koalisiya hökumətinin müxaliflərinə dəstək məqsədi ilə radio stansiyasını ələ keçirdiklərini elan ediblər. 
Qeyd edək ki, bir neçə gün  öncə "Alov Özəyi" tərəfdarları  Afina Universitetinin Hüquq fakültəsini ələ keçirmişdi və universitet avadanlıqlarını darmadağın etmiş və oranı tərk etmişdi.  Yunanıstan polisi "Alov Özəyi" qrupunun üzvlərini təhlükəli  terror qrupu kimi təqdim edir. Qrup üzvləri indiyədək  silahlı əməliyyatlarda bu ölkənin bir neçə vətəndaşını qətlə yetirib və Yunanıstan bankları və dövlət müəssisələrindən bir çoxuna ciddi ziyanlar vurublar./
 

Google+ WhatsApp ok.ru