`Yəmən cinayətləri qarşısında Qərbin sükutu, onların demokratiya iddiasını əks etdirir`

Azərbaycan Respublikasının Qarabağ İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli insan haqlarının yalançı iddiaçılarını və beynəlxalq dairələrin sükutunu tənqid atəşinə tutub

Azərbaycan Respublikasının Qarabağ İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli Səudiyyə Ərəbistanının islam ölkəsi Yəməndəki cinayətləri və günahsız insanları qırğın etməsini pisləyərək, insan haqlarının yalançı iddiaçıları və beynəlxalq dairələrin sükutunu tənqid atəşinə tutub.
 
"Beynəlxalq dairələrin Ali-Səud rejiminin Yəməndəki cinayətləri qarşısındakı sükutu, dünyada təkcə ikili deyil, neçə cəhətli standartın olduğunu göstərdi" - deyə o, bildirib.
 
Qarabağ İslami Müqavimət Hərəkatının rəhbərinin sözlərinə görə, bütün dünya, xüsusilə də islam ölkələri və İslam Əməkdaşlıq Təşkilatı bu cinayətlərin davam etməsinə ciddi şəkildə mane olmalıdır. Öz siyasi müstəqilliyini əldə etmək və diktaturadan xilas olmağa çalışan insanların qarşısında səudiyyəlilərin cinayətlərini bağışlanmaz cinayət adlandıran Əhmədli deyib: "Təəssüflər olsun ki, qərblilərin qeyri-demokratik və krallıq Səudiyyə Ərəbistanı rejiminin Yəməndəki cinayətlərini dəstəkləmələri göstərdi ki, qərblilərin demokratiya iddiası şüardan artıq bir şey deyil və bu iddia yalnız öz qeyri-qanuni mənafeyini təmin etmək və digər ölkələrin ehtiyatlarını qarət etmək üçün örtük rolunu oynayır".
 

Google+ WhatsApp ok.ru