Yaşamaqdan yorulan 100 yaşlı veteran intihar etdi

Rusiyanın Çita şəhərində Böyük Vətən müharibəsinin 100 yaşlı veteranı Yuri Kelyak intihar edib. Bu barədə “İnterfaks”a Rusiya İstintaq Komitəsinin yerli idarəsindən bildirilib.   
 
“Yuri Kelyak övladları ilə yaşayıb, o evdə tək olduğu vaxt özünü asıb”, deyə mənbə bildirib. Onun sözlərinə görə, bundan əvvəl o dəfələrlə həyatdan yorulduğunu bildirib.    
 
Fakt üzrə araşdırmalara başlanılıb.  

Google+ WhatsApp ok.ru