Yaşayış üçün dünyanın ən yaxşı şəhəri

Yaşayış üçün dünyanın ən yaxşı şəhəri

"The Economist Intelligence Unit" (EIU) tərəfindən dünyanın 140 şəhərində edilən qiymətləndirməyə görə dünya şəhərləri arasında yaşayış üçün ən yaxşı şəhər Avstraliyanın  Melburn (Melbourne) şəhəri seçilib. 
 
Maide.Az-ın xəbərinə görə, iqtisadi analiz və proqnozlar aparan EIU, 140 şəhərin yaşayış səviyyəsi indeksinə baxaraq "yaşamaq üçün dünyanın ən yaxşı şəhərlərini" təyin edib
 
“Sabitlik, təhlükəsizlik, infrastruktur, səhiyyə, mədəniyyət və təhsil kimi 30 fərqli mövzunu nəzərə alaraq hazırladığı siyahıda səhiyyə, təhsil və infrastruktur kateqoriyalarında tam nəticə əldə edən Melburn, 100 xaldan 97,5 xalla yaşayış üçün dünyanın ən yaxşı şəhəri seçilib”.
 
Dünyanın en yaşanabilir kenti yine Melbourne
 
Sıralamada ilk beşlik:
Beləcə yaşayış üçün dünyanın ən yaxşı şəhərləri  sıralamasında yeddi ildir birincilik ünvanını qoruyan Melburndan sonra, Vyana (Avstriya) 97,4, Vankuver (Kanada) 97,3, Toronto (Kanada) 97,2 və Adelaide (Avstraliya) 96,6 xalla yer alıb. 
 
 
Siyahıda, Kanadadan Calgary şəhəri 96,6 xalla altıncı, Avstraliyadan Perth şəhri 95,9 xalla yeddinci, Yeni Zelandiyadan Auckland şəhəri 95,7 xalla səkkizinci, Finlandiyanın paytaxtı Helsinki 95,6 xalla doqquzuncu və Almaniyadan Hamburg şəhəri isə 95 xalla onuncu sırada yer alıb. 
 
Melburn şəhərinin Avstraliya Statistika Bürosunun məlumatlarına görə sürətli artan əhalisi ilə 2050-ci ildə Sidneyə geridə buraxaraq ölkənin ən böyük şəhəri olması gözlənilir.
 
 
Təxminən 200 fərqli millətin yaşadığı, bu şəhərdə 240 fərqli dil danışılır. Avstraliya Açıq Tennis Turniri və Formula1 kimi dünyanın əhəmiyyətli idman yarışlarına da ev sahibliyi edən Melburnda rəsmi rəqəmlərə görə 60 mindən çox türk dilli əhali yaşayır. /

Google+ WhatsApp ok.ru