ABŞ-ın İrana qarşı sanksiyaları məsuliyyətsizlikdir - Sergey Lavrov

ABŞ-ın İrana qarşı sanksiyaları məsuliyyətsizlikdir - Sergey Lavrov

ABŞ-ın İrana qarşı sanksiyaları məsuliyyətsizlikdir və qüvvələr balansını poza bilər."
 
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.
 
“Burada yalnız hansısa ölkənin, hansısa millətin maraqlarından söhbət getmir; bu məsələ böyük bir bölgənin maraqlarına toxunur. Biz hamımız bu bölgədə nüvəsiz statusun qorunmasının tərəfdarıyıq.", - Rusiyanın XİN rəhbəri bildirib.
 
Qeyd edək ki, ABŞ prezident administrasiyası İrana qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiya siyahısına 18 fiziki və hüquqi şəxs salınıb.
 
Ötən gün İran prezidenti Həsən Ruhani ABŞ-ın sanksiyaları genişləndirəcəyi təqdirdə rəsmi Tehranın nüvə sazişindən cəmi bir neçə saat ərzində çıxacağını açıqlayıb.(SalamNews)

Google+ WhatsApp ok.ru