Yanğın zamanı 2 aylıq körpə ölüb

Yanğın zamanı 2 aylıq körpə ölüb

Bakıda evdə baş verən yanğında 2 aylıq körpə ölüb.
 
Fevralın 14-də saat 13 radələrində Binəqədi qəsəbəsində yaşayan Siyavuş Cəfərovun evində yanğın baş verib. 
 
Maide.Az Daxili İşlər Nazirliyininin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə nəticəsində yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra S.Cəfərovun 2 aylıq oğlunun yanmış meyiti tapılıb. 
 
Faktla bağlı araşdırma aparılır. /

Google+ WhatsApp ok.ru