Yaponiyada halal məhsulların ilk beynəlxalq sərgisi təşkil olunacaq

Müsəlmanlar üçün öz xidmətlərini inkişaf etdirən Yaponiyada, sənayenin  tərəqqisi barədə beynəlxalq ictimaiyyəti maarifləndirmək  üçün halal məhsulların istehsalına həsr olunmuş ilk beynəlxalq forum və sərgi keçiriləcək. 

Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə, Noyabr ayının 26 və 27- də keçiriləcək sərginin mövzusu "Yapon halal məhsulların qlobal yayılması və halal daxili istehsalının inkişafı" olacaq. 

Məlumata əsasən, tədbir daxilində həmçin " Yaponiya istehsalı adlı halal məhsulların yarmarkası təşkil olunacaq. 

Forumda yerli və beynəlxalq vasitəçilər, halal- ekspertlər və halal sertifikatlaşdırma təşkilatlarının nümayəndələri iştirak edəcəklər. 

Müsəlmanlar Yaponiyaya səfər edərkən ibadət yerlərinin olmamasından və məhsullar üzərində  məlumatların kifayət qədər olmamasından şikayətlənirlər.

Qeyd edək ki, 2004-cü ildən 2013-cü ilədək Yaponiyada müsəlman turistlərin sayı 7,2% artığından dövlət bu sahəni inkişaf elətdirməyi düşünüb. Artıq Yapon beynəlxalq aeroportlarında namaz otaqları yaradılıb və halal məhsullar satılmağa başlanılıb./ 

 

Google+ WhatsApp ok.ru