Yaponiya və Yunanıstanda zəlzələ baş verib

Yaponiya və Yunanıstanda zəlzələ baş verib

Yaponiyanın mərkəzində 5,4 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi yoxdur.
 
Maide.az xəbər verir ki, yeraltı təkanlar ölkənin Vakayama prefekturasında yerli vaxtla saat 11:48-də qeydə alınıb.
 
Zəlzələnin ocağı 60 kilometr dərinlikdə yerləşib.
 
Yeraltı təkanlar 4 bala qədər ölkənin 23 prefekturasında hiss olunub.
 
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
 
Həmçinin bildirilir ki, Yunanıstanda da 5,0 bal gücündə zəlzələ baş verib.
 
Yeraltı təkanların episentri Saloniki şəhərindən təxminən 38 km şimalda, ocağı isə 10 km dərinlikdə yerləşib.
 
Təkanlar Makedoniya və Bolqarıstanda da hiss olunub.
 
Hazırda dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.(Trend)
 

 

Google+ WhatsApp ok.ru