Tümendə quşçuluq fabrikində yanğın olub: 6 nəfər ölüb, 3 nəfər zəhərlənib

Tümendə quşçuluq fabrikində yanğın olub: 6 nəfər ölüb, 3 nəfər zəhərlənib

Yanğının başvermə səbəbi araşdırılır
 
Rusiyanın Türmen vilayətinin Yurqin kəndində quşçuluq fabrikindəki tikinti meydançasında baş verən yanğın nəticəsində 6 nəfər ölüb, 3 nəfər zəhərlənib.
 
“Report” “İnterfax”a istinadən xəbər verir ki, hadisə Yurqin kəndindən 7 km aralı quşçuluq fabrikinin tikinti sahəsində məişət vaqonunda olub.
 
Yanğın 32 kvadratmetr sahəni əhatə edib.
 
Məlumatda bildirilib ki, yanğın məhsullarından zəhərlənən 3 nəfər xəstəxanaya yerləşdirilib.
 
Yanğının başvermə səbəbi araşdırılır. /

Google+ WhatsApp ok.ru