Yataqxanada baş verən yanğında özünü binadan atan şəxsin kimliyi bilindi

Yataqxanada baş verən yanğında özünü binadan atan şəxsin kimliyi bilindi

Bakının Xətai rayonu, Babək prospektində məcburi köçkünlərin yataqxanasında baş verən yanğın zamanı özünü 5-ci mərtəbədən atan şəxsin kimliyi məlum olub.
 
Maide.Az Trend-ə istinadən xəbər verir ki, özünü atan şəxs həmin binada məskunlaşan 1960-cıl il təvəllüdlü Məstanov Kazım Sevindil oğludur.
 
Həmin şəxs binanın 5-ci mərtəbəsində yanğının əhatəsində qaldığından qorxaraq özünü pəncərədən atıb. K.Məstanov 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstənin vəziyyəti ağır qiymətləndirilir.
 

Google+ WhatsApp ok.ru