Yeni Zelandiyada 5,7 bal gücündə zəlzələ

Yeni Zelandiyada 5,7 bal gücündə zəlzələ baş verib.
 
Maide.az CNN-ə istinadən xəbər verir ki, ölkənin cənubundakı Ct.Arnaud və Nelson gölü regionundakı zəlzələdə hər hansı bir tələfat olmayıb.
 
Zəlzələ Kristçurçdən Aucklanda qədər geniş bir sahədə hiss edilib.
 
Yeni Zelandiya Zəlzələ və Vulkanik Araşdırmalar Mərkəzinin seysmoloqu Anna Kaiser zəlzələnin şimal və cənub adalarının hamısında hiss edildiyini söyləyib. Kaiser, "GÜclü zəlzələ idi. Ancaq böyük dağıntılar gözləmirik", - deyib.
 
Xatırladaq ki, Yeni Zelandiyanın cənubunda yerləşən Kristçurç şəhərində 2011-ciildə baş verən 6,3 bal gücündə zəlzələdə 185 nəfər ölmüş, təxminən 2 min nəfər yaralanmışdı.

Google+ WhatsApp ok.ru