Yeni Zelandiya son 50 ilin ən güclü qasırğası qarşısında 13 Aprel 2017 01:00 Dünya Yeni Zelandiya son 50 il ərzində ən güclü qasırğaya hazırlaşır. Trend-in məlumatına görə, yerli hakimiyyət orqanları sakinlərin təxliyəsini qərara alıb, ölkənin bir neçə bölgəsində isə fövqəladə vəziyyət elan olunub. Yerli sinoptiklərin proqnozuna görə, "Kuk" qasırğasının yaxınlaşması səbəbindən bir sıra bölgələrdə leysan, dalğaların hündürlüyünün 5 metr, küləyinin sürətinin isə 41 m/s olacağı gözlənilir. Artıq 300-ə yaxın təhsil müəssisəsi bağlanıb, bir çox rayonlarda elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb. Bir sıra ölkədaxili aviareyslər təxirə salınıb. Qeyd edək ki, Yeni Zelandiyada axırıncı dəfə belə siklon 1968-ci ildə qeydə alınmışdı. Həmin vaxt 50-dən çox şəxs həlak olmuşdu. / Teqlər : #Yeni Zelandiya son 50 ilin ən güclü qasırğası qarşısında, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bəhreyndə Ali Xəlifə rejiminə qarşı nümayişlər davam edir Tayvanda təyyarə qəzaya uğrayıb: 4 yaralı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO