Yerevan polisi aksiyaçıları güclə hədələyib

Yerevan polisi elektrik enerjisinin bahalaşmasına qarşı çıxan etirazçıları Baqramyan prospektini boşaltmağa çağırıb.
 
Polis rəisi Valeri Osipyan hesab edir ki, etirazçıların tələblərini bildirməsinə lazımınca vaxt verilib.
 
O qeyd edib ki, əgər aksiyaçılar başqa əraziyə keçməsələr, polis güc tətbiq etməli olacaq.
 
Ermənistanın baş prokurorluğu iyunun 23-də aksiya dağıdılarkən polisin güc tətbiq etməsinin qanuniliyi ilə bağlı istintaq aparılmasını müraciət edib.
 
Rəsmi məlumata görə həmin vaxt 237 aksiyaçı saxlanıb, onlardan 7-si yaralanıb, 3-ü isə xəstəxanaya düşüb.
 
İyulun 2-də bəlli olub ki, müstəntiqlər aksiya zamanı jurnalistlərin fəaliyyətinə imkan verilməməsi faktı ilə bağlı cinayət işi açıblar./

Google+ WhatsApp ok.ru