Çin: insanlığın öldüyü yer – Video

Çində balaca uşağın can verməsinə belə göz yumdular.
 
Maide.az xəbər verir ki, uyğur türklərinə etdiyi zülmlə etirazlara səbəb olan Çində yaşanan bu hadisə “siz də insanmısınız?” sualını ağıla gətirir.
 
Ara küçələrin birində maşın balaca uşağı vurur. Ön təkərləri uşağın üstündən keçəndən sonra maşın dayanır. Lakin, sürücü heç nə olmamış kimi yoluna davam edir və maşının arxa təkərləri də uşağı əzib keçir.
 
Bu hələ azmış kimi yoldan keçən “insanların” heç biri yerdə can hayında olan uşağı harayına reaksiya vermir. Başqa bir avtomobil də uşağın ayaqlarının üstündən keçir.
 
Sonda bir qadın uşağı qucağına alıb qaçmağa başlayır. Amma artıq iş işdən keçmiş olur.
İnsanlığın öldüyü Çində yaşanan bu hadisənini görüntüsünü təqdim edirik:

Google+ WhatsApp ok.ru