Yer kürəsi bir materikdən ibarət olacaq 11 Avqust 2016 01:00 Dünya Dünyanın müxtəlif ölkələrinin geoloqlarının birgə apardıqları hesablamalara görə, gələcəkdə bütün qitələr birləşərək bir materik təşkil edəcək. Trend xarici KİV-lərə istinadən məlumat verir ki, artıq qitələrin birləşməsi müşahidə edilməkdədir. Belə ki, qitələr ildə üç santimetr bir-birinə doğru hərəkət edir. Elm adamları bu dəyişikliklər nəticəsində Hind okeanının kontinentlərin birləşməsindən əmələ gələn böyük materikinin ortasında qalacağını iddia edirlər. Bundan əlavə Avstraliya ilə Antraktidanın birləşəcəyi, bu birləşmənin Asiyadan kiçik bir körfəzlə ayrılacağı, Sibirin isə tropik iqlim zonası olacağı irəli sürülür. Alimlər bu yeni materikə Pangey Proksima adını verməyi düşünürlər. Qeyd edək ki, bir vaxtlar Pangey adlı bir materikdən ibarət olan Yer kürəsi dreyf (axın və ya külək vasitəsilə ayrılma) prosesi nəticəsində qitələrə bölünüb. / Teqlər : #Yer kürəsi bir materikdən ibarət olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyə dünya lideridir – həbsdəki jurnalistlərin sayına görə ABŞ-da yaşayış binasında partlayış - 20 yaralı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO