Yezidilər Qarabağa köçürülə bilər

İraqdan qaçqın düşmüş yezidilər Dağlıq Qarabağda yerləşdirilə bilərlər. 
 
Bu barədə separatçı Dağlıq Qarabağ rejiminin mətbuat katibi David Babayan bildirib. "İraqda yezidilərin başına gətirilənlər bir faciədir. Biz onlara qarşı törədilən hərəkətləri pisləyirik", - deyə D.Babayan bildirib. 
 
O həmçinin qeyd edib ki, İraq yezidilərinin Qarabağda yerləşdirilməsinə aid xüsusi plan yoxdur. Amma yaxın zamanda bununla bağlı proqram qəbul edilə bilər. 
 
Xatırladaq ki, Suriyada prezident Bəşər Əsədə qarşı başlanan vətəndaş müharibəsi zamanı bu ölkədən qaçan erməni ailələr Dağlıq Qarabağa köçürülüblər.

Google+ WhatsApp ok.ru