Yükün üzərinə örtük çəkilmir - CƏRİMƏSİ VAR!

Qum və mişar daşı daşıyan əksər yük maşınlarında yükün üzərinə örtük çəkilmir. Bu hala bölgələrdə daha çox rast gəlinir. Yükün üstünün açıq olması bəzən qəza şəraiti də yaradır. Yükü örtüksüz daşıyan sürücüləri 40 manat məbləğində cərimə gözləyir.
 
Bəzisi qum daşıyır,bəzisi isə mişar daşı. Lakin, heç birinin üzərində örtük yoxdur.
 
Görüntülər Ələt-Astara magistralında çəkilib. Bu hallara daha çox tikinti materialları daşıyan yük maşınlarında rast gəlinir. Cənub bölgəsindəki rayonlara yük daşıyan bəzi sürücülər yükün üzərinə örtük çəkmirlər. Nəticədə də bu maşınların yük yerindən tökülən daş parçaları və digər hissəciklər arxadan gələn avtomobillərə çırpılır.
 
Sürücülər bu cür halların maddi ziyan vurması ilə yanaşı qəza şəraiti yartdığını da deyirlər. Bu yük maşınlarının sürücülərindən bəziləri mişar daşı daşıyarkən yükün üzərinə örtük çəkməyə ehtiyac olmadığını deyərək özünə haqq qazandırmağa çalışdı.
 
Məsələ ilə bağlı 726 saylı Göytəpə Yol Patrul Xidməti postundan bildirildi ki,yük avtomobillərində daşınan yüklərin örtüksüz olması qanun pozuntusudur.Bu cür hallar Yol Hərəkəti Haqqında Qanunun 57-ci,eləcə də İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tənzimlənir.Qanuna riayət etməyən sürücülərə isə 40 manat məbləğində cərimə tətbiq olunur.
 

 

Google+ WhatsApp ok.ru