Yunanlardan Qəzzaya böyük yardım 29 İyul 2014 01:00 Dünya Yunanıstanda yardım məqsədilə təşkil edilən konsertdə Qəzza üçün xeyli dərman toplanılıb. Paytaxt Afinanın Sintaqma meydanında keçirilən konsert məkanında Qəzzaya kömək məqsədli qoyulan masaya yunanların axını olub. Masa arxasında duran nümayəndələrə vətəndaşlar öz imkanları ilə satın aldıqları təxminən 30 min qutu dərman veriblər. Yardım aksiyasında iştirak edən fələstinli Avad Xəlil yunanlara öz təşəkkürünü bildirib. O, həmçinin bu qədər kömək göstəriləcəyini gözləmədiyini də qeyd edib. Onlar hazırda dərmanların necə göndəriləcəyi barədə düşünürlər. Qeyd edək ki, son məlumatlara əsasən İsrailin Qəzza sektorunda apardığı hərbi əməliyyatlar zamanı ölən fələstinlilərin sayı 1067-yə çatıb, çox sayda yaralı var. Teqlər : #Yunanlardan Qəzzaya böyük yardım, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Suriyadakı azərbaycanlılardan xəbər var Ayətullah Xamenei müsəlman dövlətlərini birləşərək Qəzzaya yardıma çağırıb (FOTO-Video)
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO