Yunanınstan müsəlmanlarının məscid dərdi

Yunanıstanın paytaxtı  Afinada  məscidin olmaması, ölkə müsəlmanları məcburdur  anbarlar, qarajlar və şəhər ətrafında tərk edilmiş binalardan namaz  qılsınlar. 
 
Maide.Az xəbər verir ki,Afinaın ətrafında  100-ə yaxın  əlverişsiz bina və eyr var ki, qeyri-rəsmi olaraq  bu şəhərin 300 min  müsəlmanı tərəfindən ibadət üçün istifadə olunur.   “Bura bir köhnə zavod olub, biz məcburuq  əlverişsiz şəraiti olmasına və şəhərdən uzaqda olmasına baxmyaraq  buranı kirayə edib, ibadət və təlim işləri ilə məşğul olaq.” –Bunu  Afina şəhər ətrafındakı yeraltı məscidlərin birində uşaqlara  Quran dərsi keçən  müsəlman  müəllimə Təyyibə  İştiyaq deyib. 
 
Afinada  məscid tikintisi qadağan olunub və  bu şəhər Avropada məscid olmayan yeganə paytaxtdır. 
 
Yunanıstan müsəlman cəmiyyətinin baş katibi Nəim Əl-Ğondura  bir müddət öncə demişdi ki,  Yunanıstan dövləti ölkə ərazisində məscidlərin inşa edilməsini qadağan edib və müsəlmanlar öz namazlarını yeraltı və gizli məscidlərdə qılmağa məcburdurlar.
 
O əlavə edib ki, kilsə icazə vermədiyi üçün  müsəlmanlar bir məscidə belə sahib deyillər.
 
Qeyd edək ki, bir müddət öncə Yunanıstan Parlamenti Afinada məscid tikilməsi qərarını təsdiqləyib, ancaq minarəyə icazə verməyib. Gözlənilir ki, cari ilin sentyabr ayında  Afinada məscid tikilməsi məsələsi öz həllini tapsın. 
 
Xatırladaq ki,  iki il öncə də Yunanıstandakı müsəlmanlar 500 nəfərlik məscidin tikilməsi üçün müraciət etmişdi, ancaq parlamentdə keçirilən iclasda məscidin 350 nəfərlik olması qərarlaşdırılıb. 
 
Yunanıstan 10 milyondan çox əhaliyə malikdir və bu ölkədə müsəlmanların sayı artmaqdadır və hal-hazırda Yunanıstanda 700 min müsəlman yaşayır ki, onların 300 min nəfəri Afina şəhərinin sakinidir . 
 

Google+ WhatsApp ok.ru