Onlarla yüksək rütbəli zabit NIgeriya ordusundan qovuldu

Nigeriya ordusundan onlarla yüksək rütbəli zabit korrupsiyada ittiham olunaraq işdən qovulub. 
 
Maide.Az xəbər verir ki, Ordu sözçüsü Polkovnik Sani Kukesheka Osman bildirib ki, aralarında bir mayorun da olduğu əksəriyyəti general, general-mayor, polkovnik və polkovnik- leytnant olan çox sayda yüksək rütbəli zabitin ordudan çıxarıldığını bildirib. 
 
S.K.Osman deyib ki, vəzifədən çıxarılan zabitlərin bəziləri Boka Harama qarşı mübarizədə istifadə ediləcək silahların maliyyələşdirilməsi üçün ayrılan milyonlarla dolları mənimsəyib.
 
Sözçü , vəzifədən atılan ordu mənsublarının adını açıqlamasada korrupsiyada ittiham olunanlar arasında köhnə Baş qərargah rəisi Alex Badehin də olduğu bildirilir.
 
Qeyd edək ki, 2015-ci ilin dekabr ayının ortalarında Nigeriya ordusu Zarya şəhərində şiələrin toplaşdığı Bəqiyyətullah hüseyniyyəsi və Şeyx Zəkzakinin evinə hücum edib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zarya şəhərinə hücum zamanı ən az 300 Əhli –Beyt (ə) tərəfdarının öldürüldüyünü elan ediblər. Bəzi məlumatlara görə, hücum zamanı 1000 –dək şiə qətliam olunub. 
 
Cari ilin  yanvar ayında Nigeriya İslami Hərakatının sözçüsü İbrahim Musa bəyanat yayaraq bildirib ki, bizdə olan siyahıya görə dekabrda baş verən o faciədən sonra 730 kişi və qadın itgin düşüb. “Bu şəxslər ya ordu qüvvələri tərəfindən öldürülüb, ya həbs olunublar. Lakin onların taleyi ilə bağlı heç bir məlumat yoxdur.”
 
İ.Musa deyib ki, Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır. 
 
Nigeriyanın müxtəlif şəhərlərində Əhli-Beyt (ə) tərəfdarları  dəfələrlə etiraz aksiyaları keçirərək Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzaki və digər məhbusların azadlığa buraxılmasını tələb ediblər. Beynəlxalq  insan haqları təşkilatlarının etirazları  və tələblərinə baxmayaraq hələlik Ordu mənsublarından kimsə bu cinayətlərə görə cəzalandırılmayıb.
 

 

Google+ WhatsApp ok.ru