Yunanıstanda qaçqın düşərgələri bağlanır

Yunanıstanda qaçqın düşərgələri bağlanır

Yunan hökuməti Egey adalarındakı ən böyük beş qaçqın düşərgəsinin işini dayandırmaq niyyətindədir.
 
Maide.Az Rusiya KIV-lərinə istinadla xəbər verir ki, bu barədə Katimerini qəzeti  Yunanıstan hakimiyyətinə istinadən məlumat yayıb.
 
Yunanıstan hökumətinin çərşənbə günü elan etdiyi plana əsasən, Lesvos, Chios və Samos, Kos və Leros adalarında mövcud dolmuş düşərgələr bağlanacaq. 
 
Oktyabr ayında Yunanıstan adalarında immiqrantların vəziyyətinin fəlakətə yaxınlaşdığı bildirilirdi.
 
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç "minlərlə insanın yaşadığı dəhşətli şərtlərlə əlaqədar təcili tədbirlər görülməsinin" zəruriliyini bildirib. Müvəkkil Lesvos və Samos adalarında dolmuş qaçqın düşərgələrini ziyarət etdikdən sonra belə bir açıqlama verib.
 
Müvəkkil, gigiyena və tibb sahəsindəki "dəhşətli şərtlərdən" şok olduğunu bildirib.
 
Avropa KİV-lərinin məlumatına görə, əvvəlcə cəmi 6 min nəfər üçün nəzərdə tutulan beş Yunan adasında 34 mindən çox insan qaçqın düşərgələrində yaşayır.

Google+ WhatsApp ok.ru