Yunanıstanda xalq bankomatlara hücum etdi 28 İyun 2015 01:00 Dünya Yunanıstan parlamenti iyunun 28-nə keçən gecə çağırılmış təcili plenar iclası zamanı iyulun 5-də referendumun keçirilməsi təklifini ratifikasiya edib. Referendumda seçicilər ölkənin kreditorlar tərəfindən irəli sürülmüş şərtləri qəbul edib-etməyəcəyinə münasibət bildirəcəklər. Yunanıstanda hökumətin kreditorların bu ölkəyə nağd pul axınının bərpa edilməsi müqabilində irəli sürdüyü şərtləri xalq səsverməsinə təqdim etmə qərarı Avropa tərəfdarı olan müxalifət partiyalarının sərt reaksiyalarına səbəb olarkən, qərarın açıqlanması ilə minlərlə vətəndaş pul çəkmək üçün bankomatlara hücum edib. Başda paytaxt Afina olmaqla ölkənin bütün şəhərlərindəki bankların önündə gecə saatlarından etibarən uzun növbələr yaranıb. Əmanəti olan vətəndaşlar bacardıqca daha çox pul çıxarmağa çalışırlar. Qeyd edək ki, Avrozona ölkələrinin maliyyə nazirləri Şurası (Avropa Qrupu) Yunanıstan və onun kreditorları arasında razılaşmaya növbəti dəfə nail olmaq məqsədilə ötən gün Brüsseldə növbədənkənar toplantı keçirib. İclasda Yunanıstanda büdcə qənaəti və islahatlar proqramı müzakirəyə çıxarılıb. Kreditorlarla razılaşmaya nail olunacağı təqdirdə ölkə əlavə beynəlxalq kreditlər almaq imkanı əldə edəcəkdi. Hazırda Yunanıstanın Avrozona tarixində ilk dəfə suveren defolta uğraması və valyuta birliyini tərk etməsi riski var AZƏRTAC ./ Teqlər : #Yunanıstanda xalq bankomatlara hücum etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənistan polisi etiraz aksiyası iştirakçılarını hədələdi “MAZLUMDER” Çinin Ramazan ayı qadağasına bele etiraz etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO