Ermənistan polisi etiraz aksiyası iştirakçılarını hədələdi

Ermənistan polisi Yerevanda Marşal Baqramyan prospektində elektrik enerjisi tariflərinin bahalaşmasına qarşı keçirilən etiraz aksiyası iştirakçılarına xəbərdarlıq edib. Trend bu barədə RIA NOVOSTİ-yə istinadən xəbər verir.
 
Polis rəsmiləri bildiriblər ki, bu addım ictimai sabitliyin bərpa olunması zərurəti ilə atılır.
 
Yerevanın polis rəisinin müavini, polkovnik Valeriy Osipyan deyib ki, aksiyaçıların hərəkətləri qanunsuzdur: "Biz təkrar izah edəcəyik ki, onlar təcili aksiyanı dayandırsınlar. Mən inanıram ki, xalq bizim izahatımızı başa düşəcək. Əks halda, biz ictimai asayişi bərpa edəcəyik"./
 

Google+ WhatsApp ok.ru