Yunanıstanın ən çox tirajlı qəzeti oxuculara Quran hədiyyə edib

Yunanıstanın ən çox tirajlı qəzetlərindən biri olan “To Vima” (To Bhma) oxucularına sürpriz hədiyyə verib.
Maide.az xəbər verir ki, bu ölkədə bir ilki həyata keçirən yunan nəşri oxucularına İslam dininin müqəddəs kitabı Qurani Kərim hədiyyə edib. 
 
Bu, “To Vima”nın oxucularına “hər həftə bir müqəddəs kitab hədiyyəsi” kampaniyasında baş verib. Qəzet bu həftə Qurani Kərimin yunanca tərcüməsini öz oxucusuna çatdırıb. 
 
Əksəriyyəti ortodoksal xristianın yaşadığı 11 milyon əhalisi olan Yunanıstanda təxminən 500 minə yaxın müsəlman var.   /
 
 

Google+ WhatsApp ok.ru