Yuval Steinitz: `İsrail İrana düşmənçilik məsələsində tək qaldı`

Sionist İsrail rejimi kəşfiyyat naziri İsrailin İran İslam Respublikasına düşmənçilik məsələsində tək qaldığını etiraf edib.
 
Maide.az xəbər verir ki, sionist rejimin kəşfiyyat naziri Yuval Steinitz müsahibəsində İrana qarşı düşmənçilik məsələsində tək qaldıqlarını etiraf edərkək, yenə boş və əsassız iddialarla təhdid səsləndirib.
 
İsrail kəşfiyyat naziri İsrailin özünü müdafiə məqsədilə dünya miqyasında diplomatik səylərini davam etdirəcəyini bildirib. O, İsrail və Amerika arasında İranın nüvə fəaliyyətləriylə əlaqədar olaraq bu vaxta qədər görünməmiş şəkildə fikir ayrılığının yaşandığı deyib.
 
Yuval Steinitz İranın nüvə müzakirələrində Qərb ölkələrinə heç bir güzəştə getmədiyini, buna görə də İsrailin İranın nüvə təhdidinə qarşı birtərəfli olaraq hərəkətə keçə biləcəyini və hər bir variantın masada olduğunu iddia edib. Müşahidəçilər isə bu kimi hədələrin yaxınlaşan seçkilərdə sionistlərin səslərini almağa hesablandığını bildirirlər.

Google+ WhatsApp ok.ru