Moskva Aİ-nin yeni sanksiyalarına adekvat reaksiya vəd edir

Rusiyanın XİN Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarına adekvat reaksiya vəd edir. Bu barədə nazirliyin saytında bildirilib.  
 
“Elə təəssürat yaranır ki, Brüsseldə və Aİ-yə üzv ölkələrin paytaxtlarında ya sanksiya hərəkatına nəzarət edilmir, ya da arzu ediləni həqiqət əvəzinə qələmə vermək və ictimai fikri, Rusiyanın Avropa İttifaqının sanksiyaları ucbatından daha “yumşaq” olduğuna yönəltmək istəyirlər.
 
Bir şey aydındır – adekvat reaksiyanın veriləcəyi bu qəbildən olan qərarlar sağlam məntiqə ziddir və Ukraynadaxili münaqişədə mümkün həllin xeyrinə deyil”, - məlumatda deyilib.
 
Bundan başqa XİN-də hesab edirlər ki, Aİ Donbassda müdaxilənin real səbəblərini səthi təhlil edib və “yenə də Kiyevdə “müharibə partiyası”na uydu”.  
 
Qeyd edək ki, Avropa İttifaqı Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı sanksiyaları genişləndirib. 

Google+ WhatsApp ok.ru