Yəhudi gənclərdən etiraz

Yəhudi gənclərdən etiraz

-- İşğalın bir parçası olmayacağıq

63 yəhudi gənc işğalçı rejimin baş naziri Binyamin Netanyahuya  "Biz işğalın bir parçası olmayacağıq" başlıqlı məktub yazaraq orduya qatılmayacaqlarını bildirib.
 
Maide.Az  xəbər verir ki, “Yedioth Ahronoth” qəzetinin məlumatına görə, Fələstinin işğalında yer almaq istəmədiklərini vurğulayan  gənclər  baş nazir Netanyahu və baş qərargah rəisi Gadi Eisenkota müraciət ediblər:  “Fələstin xalqına qarşı işğal  və zülmün bir parçası olmamağa qərar verdik. “Keçici” deyilən durum 50 ildir davam edir və buna dəstək olmayacağıq. Ordu hökumətin ən təməl insan haqlarını pozan irqçi siyasətini həyata keçirir. Və eyni bölgədə israillilər üçün  fərqli, fələstinlilər üçnü fərqli  qanunlar  tətbiq edir.”
 
Məktubu imzalayanlar arasında əskərliyə getməyi qəbul etmədiyi üçün  hazırda həbsdə olan 20 yaşlı  Matan Helmanda var. (milligazete)
 

 

Google+ WhatsApp ok.ru