Zəvvarların `Hira` həyəcanı - FOTO

Həcc ibadətini həyata keçirmək üçün müqəddəs torpaqlara gələn müsəlmanlar Qurban Bayramı ərəfəsində Məkkədə İslamiyyətin doğulduğu torpaqlardakı müqəddəs məkanları ziyarət edir.
 
Maide.az xəbər verir ki, zəvvarların sıx maraq göstərdiyi müqəddəs məkanlar arasında son Peyğəmbər Həzrəti Məhəmmədə (s) ilk vəhyin gəldiyi Nur dağındakı Hira mağarası ilk sıralarda yer alır.
 
Kəbənin 5 kilometr şimal-şərqindəki Nur dağı ətəklərinə səhərin erkən saatlarında gələn zəvvarlar, təxminən bir saatlıq ağır dırmanmadan sonra Həzrəti Məhəmmədin (s) 35 yaşından etibarən xəlvətə çəkildiyi müqəddəs məkana çata bilmək həyəcanı və xoşbəxtliyini yaşayır.
 
Səhər namazını burada qılan zəvvarlar Məkkə və Məscidi Həramı izləmək imkanı da tapır. Dağın zirvəsindən 20 metr aşağıda yerləşən sıldırım qayalarla əhatə olunan mağaraya düşən zəvvarlar burada şükür namazı qılır.
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru