Ərəb ölkələrinin sükutu sionistlərə əl-Əqsa məscidinə hörmətsizlik etmək cürətini verir

Əl-Məyadin informasiya portalının verdiyi məlumata görə, Yusif Ədisi sionistlərin əl-Əqsa Məscidinə hücumunu pisləyib və Ərəb ölkələrindən sionistlərin əl-Əqsa məscidinə qarşı hücumlarının dayandırılması üçün dərhal ciddi tədbirlər görməsini istəyib. 
 
Maide.az-ın məlumatına görə, Fələstinin vəqflər naziri Yusif Ədisi deyib ki, Ərəb ölkələri sionist rejimin təcavüzləri qarşısında sükut edir və heç bir addım atmırlar: "Bazar günü baş verən hadisə Ərəb və İslam ölkələri üçün ciddi müraciətə malik idi. Bu müraciət əl-Əqsa məscidinin nicatı üçün təcili tədbirlərin görülməsidir." 
 
Fələstinin vəqflər naziri həmçinin deyib: "Təl-Əviv Ərəb ölkələrinin vəziyyətindən sui-istifadə edərək, istədiyi addımı atır. Buna görə də Ərəb və İslam ölkələri İslam müqəddəslərini xilas etmək üçün ciddi addımlar atmalıdırlar." 
 
Sionist rejim hərbçiləri ötən gün səhər əl-Əqsa məscidinə hücum edərək, məscidin içinə gözyaşardıcı qaz bombaları ataraq, namaz qılmaqla məşğul olan fələstinliləri döyməyə başlayıblar. 
 
Sionist rejim hərbçilərinin bu hərəkəti əl-Əqsa məscidində yanğına səbəb olub və məscidə müəyyən zərər və ziyanlar dəyib.

Google+ WhatsApp ok.ru