Zəvvarlar Ərəfatda -FOTO

Həcc fərzini yerinə yetirmək üçün müqəddəs torpaqlarda olan təxminən 2 milyon zəvvar Ərəfata çıxıb.
 
Ləbbeyk "Allahummə ləbbeyk" deyərək yola çıxan zəvvrlar gecəni Minada keçirənlər yeriyərək, digərləri də avtobuslarla Ərəfata çatıb. 
 
Maide.az xəbər verir ki, yola düşməzdən əvvəl zəvvarlar ölkələri üçün ayrılan hissələrə yerləşiblər. Ərəfat coşğusu və həyəcan, səhər namazının qılınması və günəşin doğması ilə daha da artıb.
 
Axşam vaxtı Müzdəlifəyə hərəkət edəcək zəvvarlar burada şeytana atacaqları daşları toplayacaq, daha sonra isə Minaya keçərək şeytana daş atacaqlar.
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru