Zavod direktoru hərbi sirləri satarkən yaxalandı

Türkiyədə növbəti dəfə səs-küylü rüşvət olayı ilə rastlaşırıq. Bu dəfə isə işin içində atıq casusluq ittihamları da var.
 
MKE Kırıkkale Silah Fabrikası müdiri Mustafa Tanrıverdi, 18 Milyon dollar dəyərində olan MPT – 76 piyada tüfəngi layihəsini 1 milyon türk lirəsi qarşılığında bir ABŞ vətəndaşına satırmış. Xüsusi olaraq qeyd edək ki, sözü gedən MPT – 76 piyada tüfəngi 3 ildir ki, test edilirdi və yalnız bu il Silahlı Qüvvələrə təslim edilmişdi. M.Tanrıverdi layihəni satarkən cinayət başında yaxalandı.
Verilən məlumatlara görə, Silah Fabrikasının müdiri məhkəmədəki ifadəsində bildirib ki, özünü silah taciri kimi təqdim edən K.K-nın ABŞ-da fabrika quracağına inanıb: “K.K. mənə uyğun bir miqdar verəcəyini söylədi. Biz bazarlıq etmədik. O da çanta ilə pulu mənə verdi. Mən bu çantadakı pulu da saymadım. Mən bu olayda xatalı davrandım. Etdiklərimin fərqindəyəm və peşmanam”.
Fabrika müdiri bir şikayət əsasında həbs edilib. Bu il aprelin 1-də səlahiyyətli orqanlara belə bir alış-veriş olacağı məlumatı çatdırILdı. Görüş yeri olan restoranda əvvəlcədən səs və görüntünü izləmək üçün cihazlar quruldu. Ankara Baş Polis İdarəsinin əməkdaşları restoranda mülki paltarda əməliyyat keçirdilər. Fabrika müdiri sənədləri təhvil verib polislərin əvvəlcədən seriya nömrələrini götürdükləri pulla dolu olan çantanı alanda yaxalandı.
Ən maraq doğuran suallardan biri isə budur ki, silah taciri fabrika müdirini niyə satdı? Öyrənilib ki, bu insan türk əsilli ABŞ vətəndaşıdır. Həmin tacir isə “ölkəm bütün ticarətlərdən əvvəl gəlir” deyərək bu məlumatları polisə çatdırmağı özünün milli borcu hesab edib.
Bu silahın patenti Türk Silahlı Qüvvələrinə məxsusdur. Onun başqa birisinə satılması isə artıq ağır bir cinayətdir və adı da casusluqdur. (Lent.az)

Google+ WhatsApp ok.ru