Qoşunların təmas xəttində atəşkəs rejimi bərpa olunub

Beş saat müddətində hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçirilməsi planlaşdırılır

Bu gün Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq qoşunların təmas xəttində atəşkəs rejimi bərpa olunub. Maide.az-ın xəbərinə görə, hazırda Azərbaycan tərəfi atəşkəs rejiminə tam riayət edir.
ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə saat 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçirilməsi planlaşdırılır.

Google+ WhatsApp ok.ru