Ziya Məmmədovun qardaşı qızı qəzada öldü

Bu gün gecə saatlarında Gəndob-Yalama yolunda ağır yol qəzası nəticəsində nəqliyyat naziri Ziya Məmmədovun qızı Günay Loğman qızı Ələsgərova dünyasını bəyişib. 
 
Hadisə yolun 19-cu kilometrliyində, Şabran ərazisindən keçən hissəsində baş verib.
 
Belə ki, Xaçmaz kənd sakini Məhərrəm Şəmbala oğlu Cəbiyevin idarə etdiyi 90 JZ 076 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını 1950-ci il təvəllüdlü Quba rayon sakini Ramiz Qaflan oğlu Almasov idarə etdiyi 90 CM 986 dövlət nömrə qeydiyyatlı “KİA” markalı minik maşınının arxadan vurub.
 
Qəza zamanı “KİA”da olan sərnişin, 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Günay Loğman qızı Ələsgərova dünyasını dəyişib. Onun nazir Ziya Məmmədovun qardaşı Loğmanın qızı olduğu bildirilib.
 
Günay Ələsgərovanın Qazqumlaq kəndində dəfn olunacağı bildirilib.

Google+ WhatsApp ok.ru