Çində 5 000-ə yaxın haker həbs edildi

Çində 5 000-ə yaxın haker həbs edildi

Son dörd ay ərzində Çində şəbəkədə şəxsi məlumatların oğurlanması işi ilə bağlı 5 min nəfərə yaxın haker saxlanılıb. 
 
Burada söhbət şəxsi məlumatların hakerlər tərəfindən sındırılmasından və oğurlanmasından gedir.
 
Qeyd edilən müddət ərzində Çinin hüquq-mühafizə orqanları bütün ölkə üzrə keçirilən xüsusi əməliyyatlar nəticəsində 1800-dən artıq işin araşdırmasını yekunlaşdırıb.
 
Qurumun yaydığı məlumata əsasən, çox vaxt məlumatların sızmasının mənbəyi iri şirkətlərin və ictimai təşkilatların əməkdaşları olur. (lentaz) /

Google+ WhatsApp ok.ru