Çində daşqınlar 10 nəfərin həyatına son qoyub

Çində daşqınlar 10 nəfərin həyatına son qoyub

Çinin Yunnan əyalətində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 10 nəfər həyatını itirib, 1 200 nəfər  evlərini tərk etmək məcburiyyətində qalıb.
 
Bölgədə iyulun 19-dan etibarən şiddətli yağıntılar səngimək bilmir.
 
Təbii fəlakət nəticəsində təxminən 200 bina tam, 2400-ü isə qismən dağılıb. Birbaşa iqtisadi zərər 270 milyon yuanı (40 milyon dollara yaxın) keçib. (apa) /

Google+ WhatsApp ok.ru