Özbəkistanda Quran tilavəti üzrə beynəlxalq festival keçiriləcək 11 Yanvar 2018 02:00 Dünya -- Bu Özbəkistanda Quran tilavəti üzrə keçirilən ilk beynəlxalq festivaldır.. Özbəkistanda Quran tilavəti üzrə Beynəlxalq festivalın keçirilməsi planlaşdırılır. Maide.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, beynəlxalq festival cari ildə təşkil olunacaq. Bunu Özbəkistan Nazirlər Kabinetinin nəzdində Dini Məsələlər üzrə Komitə açıqlayıb. Festivalın ötən il Buxarada açılan “Mir Arab” mədrəsəsində keçirilməsi nəzərdə tutulub. “Qurani – Kərimin tilavəti üzrə ilk beynəlxalq festival hökumətin təşəbbüsü və dəstəyi ilə keçirilir. Hazırda festivalın keçirilməsi üzrə proqram hazırlanır və bu ilin yayında proqram təsdiqlənəcək”, -deyə komitənin nümayəndəsi bildirib. Qeyd edək ki, Özbəkistanın 32 milyon nəfər əhalisi var ki, onlardan 94% müsəlman, 3,5% - pravoslav xristian, qalanları isə digər dini inancların nümayəndələridir. Teqlər : #Özbəkistanda Quran tilavəti üzrə beynəlxalq festival keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çinin uyğur müsəlmanlarına qarşı zülümü “Washington Post”da Səudiyyə Bəsrədə konsulluq açacaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO