İran xalqının son iğtişaşları pisləmək məqsədi ilə izdihamlı yürüşü - VİDEO/FOTO

İran xalqının son iğtişaşları pisləmək məqsədi ilə izdihamlı yürüşü - VİDEO/FOTO

-- Paytaxt Tehranda əhali cümə günü yürüş keçirəcək

İranın müxtəlif şəhərlərində ölkədə baş verən son iğtişaşların pislənilməsi məqsədi ilə geniş miqyaslı  və izdihamlı mitinqlər keçirilir. 
 
Maide.Az “iribnews”-a istinadən xəbər verir ki, bu gün İranın Əlborz, Xuzistan, Kirmanşah, İsfahan, Hörmüzqan, Həmədan, Ərak, Lorestan, Şimali Xorasan, Qum və Gülüstan əyalətlərində iğtişaşçılar və təxribatçıların son günlər törətdiyi cinayətlərin pislənilməsi və əcnəbi ölkələrin İranın daxili işinə müdaxiləsinin pislənilməsi  məqsədilə izdihamlı yürüşlər keçirilir. Etiraz yürüşündə iştirak edənlər "Amerikaya ölüm", "Fitnə yaradanlara ölüm" və "İsrailə ölüm" şüarları səsləndirib. Xalq son günlər iğtişaş yaradanların cəzalandırılmasımı tələb edib.  
 
Məlumatda qeyd olunur ki, paytaxt Tehran əyalətində də cümə günü  cümə namazını qıldıqdan sonra iğtişaşçıların son hərəkətini pisləmək istiqamətində yürüş keçirəcək.
 
Qeyd edək ki, ötən həftə cümə axşamı günündən İranın bir neçə şəhərində bəzi sakinlər aksiyalar keçirməklə və şüarlar verməklə maliyyə müəssisələrinin iflasa uğrayanlarının vəziyyətinin müəyyənləşməməsi, bəzi məhsulların bahalaşması və hökumətin nəzarətinin zəifliyinə etiraz ediblər. Bu aksiyalardan bəzisi iğtişaşçılar və təxribatçılar tərəfindən gərginliyə səbəb olub. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru